Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Eyniləşdirmə Sisteminin yaradılmasına dair tender elan edib

10:15 - 19.03.2018


19 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) blokçeyn texnologiyalarına əsaslanan Rəqəmsal Eyniləşdirmə Sisteminin yaradılmasına dair tender elan edib.

AMB-in məlumatında deyilir ki, tender 3 lot üzrə keçiriləcək.

“1-ci lot: blokçeyn texnologiyalarına əsaslanan eyniləşdirmə sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi. 2-ci lot: texniki platformanın yaradılması. 3-cü lot: blokçeyn texnologiyalarına əsaslanan  Rəqəmsal eyniləşdirmə sisteminin formalaşması”, - AMB-dan verilən məlumatda belə deyilir.

Tenderdə  iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə mayın 11-də saat 15:00-da baxılacaq.

1-ci lot üzrə işlər 3 ay ərzində, 2-ci lot üzrə işlər 6 ay ərzində, 3-cü lot üzrə işlər isə 18 ay ərzində görülməlidir.

 

Bütün xəbərlər