Azərbaycandan çıxarılan kapital artıb - 29 faiz

14:44 - 14.06.2021


14 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan 1 milyard 277,9 milyon dollar məbləğində kapital çıxarılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın dərc etdiyi tədiyə balansında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 1-ci rübündə Azərbaycandan 990 milyon dollar məbləğində kapital çıxarılmışdı.

Beləliklə, cari ilin 1-ci rübündə Azərbaycandan kapitalın çıxarılma həcmi 29,1% artıb.

2020-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2019-cu illə müqayisədə 38,8% artaraq 4 milyard 472,2 milyon dollar təşkil etmişdi.

 

Bütün xəbərlər