330x110
 

Türkiyədə əməliyyatlar balansının kəsiri xeyli azalıb - Hesabat

14.06.2021,14:59


14 iyun, Fineko/abc.az. Türkiyənin cari əməliyyatlar balansının kəsiri 1 milyard 712 milyon dollar olub.

ABC.AZ Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatlarına istinadən xəbər verir ki, cari əməliyyatlar balansının kəsiri 2021-ci ilin aprel ayında 2020-ci ilin aprel ayı ilə müqayisədə 3 milyard 584 milyon dollar azalıb.

Aprelin sonunda 12 aylıq cari əməliyyatlar kəsiri 32 milyard 737 milyon dollar təşkil edib.