Səudiyyə iqtisadiyyatı geriləyib - 3 faiz

15:12 - 14.06.2021


14 iyun, Fineko/abc.az. Səudiyyə Ərəbistanının Ümumi Statistika İdarəsi cari ilin 1-ci rübünə dair göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlunatına görə, Krallığın ümümdaxili məhsulu 2020-ci ilin analoji dövrü ilə ilə müqayisədə 3% azalıb.

Rəqəm ifadəsində 2021-ci ilin birinci rübündə ÜDM cari qiymətlərlə 188,3 milyard dollar, sabit qiymətlərlə 169,2 milyard dollar təşkil edib.

Neqativ göstərici əsasən neft sektorundakı 11,7%-lik geriləmə ilə bağlıdır.

Qeyri-neft sektorunda isə əksinə, 2,9%-lik artım qeydə alınıb.

 

Bütün xəbərlər