Prezident və xanımı Füzulidə bir sıra sosail layihələrlə tanış olub

15:41 - 14.06.2021


14 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.

ABC.AZ xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Daha sonra onlar Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanışlıq olub. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

Yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

 

Bütün xəbərlər