Rusiyadan Azərbaycana pul köçürmələri artır - Canlanma yaranıb

16:04 - 14.06.2021


14 iyun, Fineko/abc.az. 2021-ci ilin 1-ci rübündə Rusiyadakı fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 119 milyon 947 min dollar təşkil edib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

2020-ci ilin yanvar-mart aylarında fiziki şəxslər Rusiyadan Azərbaycana 95 milyon 228 min dollar vəsait köçürmüşdülər.

Beləliklə, 2021-ci ilin 1-ci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 26% artıb.

Cari ilin 1-ci rübündə Rusiya Azərbaycana pul köçürmələri həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəki 52,9% (2020-ci ilin yanvar-mart aylarında 50,7%) təşkil edib.

 

Bütün xəbərlər