Dövlət büdcəsinin icrasında profisit yaranıb - Nazirlik məlumat yaydı

17:09 - 14.06.2021


14 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 9 milyard 735,2 milyon manat vəsait daxil olub.

ABC.AZ xəbər verir ki, bu Maliyyə Nazirliyinin yaydığı operativ məlumatlarda öz əksini tapıb.

Sözügedən məlumatda büdcədən 9 milyard 366,3 milyon manat vəsait xərcləndiyi qeyd olunub. Büdcənin icrasında 368,9 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

 

Bütün xəbərlər