330x110
 

Bu İnstitutun xalis mənfəəti azalıb

16.06.2021,11:18


16 iyun, Fineko/abc.az. Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2020-ci ili 33 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu qurumun maliyyə hesabatında öz əksini tapıb. Müqayisə üçün qeyd edək ki, bu, 2019-cu ilə nisbətən 3,8 dəfə azdır.

Ötən il AZSTAND-ın vergiyəqədərki mənfəəti 42 min manat (əvvəlki ilə nisbətən 3,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 8 min manat (4 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə İnstitutun aktivləri 6 milyon 93 min manat olub ki, bu da illik müqayisədə 0,2% azdır.

Hesabat dövründə qurumun öhdəlikləri 3,7 dəfə azalaraq 17 min manata düşüb, balans kapitalı isə 0,5% artaraq 6 milyon 76 min manata çatıb.