İqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyik - Türkiyə Prezideti

12:11 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik.

ABC.AZ xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq.

"Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır" deyə R.T. Ərdoğan vurğulayıb.

 

Bütün xəbərlər