Kərə yağı ucuzlaşıb - Hesabat

14:17 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Azərbaycana idxal edilən kərə yağının idxalına çəkilən xərc azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 5 ayında 4982 dollar ikən, cari ilin ilk 5 ayında 4867 dollar təşkil edib.

2021-cilin ilk 5 ayında Azərbaycana 32 milyon 738 min dollar dəyərində 6726 ton kərə yağı idxal edilib.

Ötən ilin eyni dövründə 35 milyon 862 min dollar dəyərində 7198 ton kərə yağı idxal edilmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər