330x110
 

Azərbaycan və türk dünyası böyük şəxsiyyətlər yetişdirib - Ərdoğan

16.06.2021,17:13


16 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin plenar iclasında çıxış edib.

ABC.AZ-ın məlumatına görə, R.T.Ərdoğan Şuşadan danışaraq qeyd edib ki, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi və orada həyata keçirilən Xarı Bülbül festivalı dünyaya verilən mesajdır.

"Şuşanı gələcəkdə də Azərbaycanın mədəniyyət paytaxtı kimi görməkdən məmnun olarıq. Tək Şuşa və Qarabağ deyil, Azərbaycan və türk dünyası böyük şəxsiyyətlər yetişdirib. Biz bu dəyərlərimizi yeni nəslə və bütün dünyaya başa salmalıyıq. Bunlar dünya mədəniyyətinin dəyərləridir. Keçmişdən gələcəyə quracağımız körpü bizim əlimizdədir. Birliyimizi, dostluğumuzu nə qədər bərabər tutarıqsa hədəfimizə daha tez çatarıq. Qarabağ zəfərinin dünyaya və Qafqaza gətirdiyi qiymət zamanla daha da anlaşılacaq. Kimsə bundan narahat olmasın. Çünki bu savaşın deyil, barışın, qanın deyil, qəlbin savaşıdır" deyə Türkiyə lideri bəyan edib.