330x110
 

Biz Qarabağda məktəb və səhiyyə müəssisələrini inşa edəcəyik – Ərdoğan

16.06.2021,17:31


16 iyun, Fineko/abc.az. Qarabağın hər köşəsinə sükut və hüzur hakim olub. Evlərindən ayrı düşən qardaşlarımıza evlərinə dönmə yolu açılıb.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin plenar iclasında çıxışında bildirib.

R.T.Ərdoğan arzusunu dilə gətirərək qeyd edib ki, inşallah, növbəti səfərimizdə o qardaşlarımızın evlərinə dönməsini görəcəyik.

"İşğaldan sonra yorucu gərginlik ortadan qalxıb. Yollar sürətlə qurulur, elektrik şəbəkələri qurulur, digər infrastruktur layihələri həyata keçirilir. Biz bölgədə məktəb və səhiyyə müəssisələrini inşa edəcəyik. Bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin təcəlli edəcəyi hər kəs tərəfindən görülmüşdür. Bütün bu olanlar Ermənistan üçün yeni dönəmin başlanğıcıdır" deyə R.T.Ərdoğan vurğulayıb.