Neft ucuzlaşır, Brent bir barelə $74,17 təşkil edir

10:03 - 17.06.2021


17 iyun, Fineko/abc.az. ABŞ Energetika Nazirliyinin ölkədəki enerji daşıyıcılarının ehtiyatının azalması ilə bağlı məlumatına baxmayaraq, cümə axşamı günü etalon markaların qiymətləri azalır.

Saat 9:19-da, London ICE Futures birjasında, Brent neftinin avqust fyuçersləri barrel başına $0,22 (0,30%), $74,17-a düşdü. İyunun 16-da keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,40 (0,54%) artaraq barel başına $74,39-a çatıb.

Saat 9:19-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersinin qiyməti $0,20 (0,28%) - barrel başına $71,95-a düşüb. İyunun 16-da keçirilən ticarətin nəticələrinə görə, iyul ayı üçün WTI -nin fyuçers qiyməti hər barel üçün $0,03 (0,04%) – $72,15-ə yüksəlib.

ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 7,36 mln. barrel azalaraq 466,67 mln. barelə düşüb. Benzinin əmtəə ehtiyatları 1,95 milyon barel artıb və 242,98 milyon barel təşkil edib.

 

Bütün xəbərlər