Azərbaycan pambıq ixracını artırıb

11:42 - 17.06.2021


17 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın idxal etdiyi pambığın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sğzügedən dövrdə Azərbaycan xaricdən 1,976 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 448 min ABŞ dolları (18,5 %) azdır.

Beş ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 129,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 68,4 milyon ABŞ dolları (2,1 dəfə) çoxdur.

 

Bütün xəbərlər