Avstriya Bankından Azərbaycan açıqlaması - İnvestisiya qoya bilər

11:56 - 17.06.2021


17 iyun, Fineko/abc.az. Avstriyanın "Raiffeisen Bank"ı Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə bankdan bildiriblər.

Qeyd olunub ki, hazırda bank maliyyə müəssisələri ilə əməkdaşlığa diqqətini yönəldib: "Bununla əlaqədar olaraq "Raiffeisen Bank" bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli perspektivdə layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər".

Bankdan bildiriblər ki, hazırda ən vacib məsələ biznesdə normativlərin təmin olunmasıdır: "Bank bu normativləri tənzimləyici orqanlar tərəfindən uyğunluq və keyfiyyət tələbləri ilə əlaqədar yaradır. Bizim məqsədimiz uyğunluq baxımından Azərbaycanın ən yaxşı maliyyə müəssisələri ilə işləməkdir".

 

Bütün xəbərlər