Azərbaycanda qadınlar təyyarə idarə edəcək

14:34 - 17.06.2021


17 iyun, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" aviaşirkətində ilk qadın pilotlar işə başlayıb.

ABC.AZ xəbər verir ki, bununla bağlı AZAL videorolik hazırlayaraq, ictimaiyytə təqdim edib.

Bu xanımlar uzun və çətin bir yol keçdilər: bu peşənin əsaslarını Azərbaycan Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər.

Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır.

Bütün xəbərlər