330x110
 

Azərbaycanın Belarusa ixracının dəyəri 125 milyon dolları keçib - 5 ayın hesabatı

17.06.2021,16:24


17 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxın olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Belarus Dövlət Statistika Komitəsindən bildirilib.

Yanvar-may aylarında Belarusdan Azərbaycana ixracın dəyəri 50,6 milyon dollar, ölkəmizdən Belarusa isə 125,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.