315 min 799 hektar sahədə taxıl biçilib

16:42 - 17.06.2021


17 iyun, Fineko/abc.az. Respublikada taxıl biçini davam edir.

ABC.AZ xəbər verir ki, iyunun 17-nə olan operativ məlumata görə, artıq 315 min 799 hektar sahədə biçin başa çatıb. Sahələrdən 971 min 747 ton məhsul yığılıb.

Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.

Bugünədək 249 min 943 ha sahədə arpa, 65 min 856 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 768 min 681 ton arpa, 203 min 66 ton buğda yığılıb.

Ağdam, Balakən, İmişli, Saatlı, Salyan, Sabirabad, Samux və Tərtər rayonlarında arpa üzrə orta məhsuldarlıq 39 sentnerdən yuxarıdır.

 

Bütün xəbərlər