330x110
 

Azərbaycanda 3 investisiya şirkətinin balans kapitalı 3 milyon manatdan çoxdur

17.06.2021,17:22


17 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB-İnvest”, “CPM-İnvest” və “MFX-Trading” istisna olmaqla, ölkədə fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə balans kapitalı 3 milyon manatdan çox olub.

ABC.AZ renkinq-ə istinadla xəbər verir ki, bunlar “PSG Kapital” (8,145 milyon manat), “PAŞA Kapital” (5,59 milyon manat) və “İnvest-AZ” (3,947 milyon manat) investisiya şirkətləridir.

Qalan 5 investisiya şirkətindən 3-nün balans kapitalı 1-3 milyon manat arasında, 2-nin balans kapitalı isə 1 milyon manatdan azdır.

8 investisiya şirkətindən 1-i – “Plato Capital and Co.” ötən il balans kapitalını azaldıb, qalanları isə artırıb.