330x110
 

Neft ucuzlaşmaqda davam edir, Brent bir barelə $72,54 təşkil edir

18.06.2021,09:54


18 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən gün xeyli azaldıqdan sonra cümə günü ticarətində azalmaqda davam edir.

ABŞ Federal ehtiyat sisteminin iclasının yekununda neft bazarına təzyiq dolların güclənməsinə səbəb olur.

Saat 9:25-də, London ICE Futures birjasında baş tutan hərracda, Brent neftinin avqust fyuçersi $0,54 (0,74%), barel başına $72,54 qədər düşdü. İyunun 17-də hərracın nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $1,31 (1,76%) – barrel başına $73,08-a düşüb.

9:25-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersinin qiyməti $0,46 (0,65%) - barrel başına $70,58-ə düşüb. İyunun 17 – də hərracların nəticələrinə görə, iyul ayı üçün WTI-nin fyuçers qiyməti $1,11 (1,54%) - barrel başına $71,04-a düşüb.