İpoteka Fondu indiyə kimi nə qədər biznes kredit verib?

10:48 - 18.06.2021


18 iyun, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 34 min 251 borcalana 1 milyard 826 milyon 711 min manat məbləğində ipoteka krediti verib.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231 milyon 270 min manat məbləğində biznes kreditlərinə zəmanət verib, 852 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Müəllif: Elmir Murad