330x110
 

Təhsil krediti zamanı bunlar nəzərə alınacaq - Detallar

18.06.2021,12:05


18 iyun, Fineko/abc.az. "Təhsil krediti verilən zaman giriş balı nəzərə alınacaq".

ABC.AZ xəbər verir ki, bunu keçirdiyi brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə tələbənin ali məktəbə qəbul olunan zaman yüksək bal yığması və sonra müvəffəqiyyəti (yaxşı oxuyaraq yüksək qiymət alması) nəzərə alınacaq:

"Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Dərslərini yaxşı oxuyan tələbəyə faiz dərəcələrində və kreditin geri qaytarılmasında güzəşt ediləcək".