330x110
 

“SOCAR Methanol” methanol istehsalını bərpa edib

18.06.2021,14:13


18 iyun, Fineko/abc.az. “SOCAR Methanol” MMC əsaslı təmirdən sonra may ayında metanol istehsalını bərpa edib.

ABC.AZ Interfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki - Qaz Yataqlarını İşlətməyə Hazırdır.

“SOCAR Methanol” zavodunda əsaslı təmir işlərinin aparılması ilə əlaqədar metanol istehsalı cari ilin yanvar ayından aprel ayına qədər dayandırılmışdı. May ayında müəssisə fəaliyyətini tam gücü ilə bərpa edib”, - deyə məlumatda bildirilir.

May ayında müəssisədə 47,2 min ton metanol istehsal olunub. İstehsalın həcmi illik ifadədə (2021-ci ilin yanvar-may/2020-ci ilin yanvar-may ayları) 4,3 dəfə azalıb.