330x110
 

Təhsil haqqı üzrə güzəştlər ləğv olunmayacaq – Nazir

18.06.2021,14:40


18 iyun, Fineko/abc.az. Təhsil Tələbə Kredit Fondunun fəaliyyətə başlamasından sonra dövlət sifarişli yerlər və sosial təbəqələr ilə bağlı təhsil haqqı üzrə güzəştlər ləğv olunmayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında bildirib.

O qeyd edib ki, dövlət sifarişi hesabına təhsil öz yerində qalır və yerlərin sayı ildən-ilə artır.

"Sosial təbəqələr ilə bağlı güəştlər də öz yerində qalır. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim olunur. Bunun əsas mahiyyəti təhsilə daha çox insanın, o cümlədən müxtəlif həssas quruplardan olanların təhsilə cəlb edilməsi və təhsildə rəqabəti saxlamaqdır” - deyə nazir bildirib.