330x110
 

Qobustanda poliqon tikiləcək - 6 milyon manatdan çox pul xərclənəcək

18.06.2021,15:21


18 iyun, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi yararsız pestisid dərman tullantılarını saxlamaq üçün yeni poliqonun tikintisinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, tikintiyə 6,7 milyon manatdan çox vəsait yönəldələcək.

Nazirlik "Modern Construction" MMC ilə müvafiq müqavilə bağlayıb. Poliqonun tikintisi Qobustan rayonunun Cəngi kəndi ərazisində həyata keçiriləcək.