330x110
 

Bu istiqamətdə aviareyslər artırılır

18.06.2021,15:39


18 iyun, Fineko/abc.az. “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayını artırır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

İyunun 23-dən etibarən loukoster uçuşları hər gün, iyulun 20-dən isə yay mövsümünün sonuna qədər həftədə 14 reys yerinə yetirəcək.

Reyslər gündə iki dəfə Embraer 190 və Airbus 319/Airbus 320 təyyarələri ilə həyata keçiriləcək.

Agentlik bu gün “Buta Airways”ə reyslərin yerinə yetirilməsi üçün müvafiq icazə təqdim edib.