330x110
 

Kamran Əliyevin köməkçiləri artdı - Yeni təyinat

18.06.2021,16:04


18 iyun, Fineko/abc.az. Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçi təyin edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmra əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev Baş prokurorun köməkçisi təyin edilib.

Qurumun Mətbuat xidməti faktı təsdiqləyib.