330x110
 

Beş ayda işsizlikdən sığorta üzrə daxilolmalar məlum olub - Nazirdən açıqlama

21.06.2021,15:03


21 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 531 mln. manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. O həmçinin qeyd edib ki, sözügedən dövrdə işsizlikdən sığorta üzrə daxilolmalar is 52,4 mln. manat olub. Nazir bildirib ki, 5 ayda bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib.

“Qeyri büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb”, - nazir qeyd edib.