Prezident “İpoteka haqqında” qanunda dəyişikliyi təsdiqləyib

14:49 - 21.06.2021


21 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.