330x110
 

Vergi Məcəlləsində dəyişiklik - Prezident təsdiqlədi

21.06.2021,15:21


21 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik barədə qanunu imzalayıb.

ABC.AZ xəbər verir ki, dəyişikliklə ipoteka saxlayan borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısı ödəmə mənbəyində vergi tutmayacaq.

Sənədə əsasən, hərrac təşkilatçısı bu barədə (ödəmə mənbəyində vergi tutulmayan əməliyyatlar üzrə) hərracın nəticələri rəsmiləşdirildiyi gündən 10 iş günü müddətində vergi orqanına təsdiq edilmiş formada məlumat təqdim edir. Fərdi sahibkarlar özü Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürür və bu barədə vergi orqanına bəyannamə təqdim edir.