330x110
 

Maxaçkaladan Bakıya uçuşlar başlayır - Tarix açıqlandı

21.06.2021,16:49


21 iyun, Fineko/abc.az. Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 4-dən Maxaçkaladan Bakıya birbaşa uçuşlara başlayır.

İlk reys iyulun 4-də yerli vaxtla saat 01:05-də planlaşdırılır.

Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 03:15-də olacaq. Azərbaycanın paytaxtına uçuşlar hər həftə şənbə günüdən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Qeyd edək ki, uçuşlar “Boeing 737-800” tipli təyyarələrlə yerinə yetirilir.

Interfax