330x110
 

Azərbaycanın Gürcüstandan şərab ixracı artıb ya azalıb?

21.06.2021,17:03


21 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 331,2 min ABŞ dolları dəyərində 88 442 litr təbii üzüm şərabı tədarük edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 1,9 dəfə artım qeydə alınıb.

Yanvar-mayda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 139,6 min ABŞ dolları olan 156 609 litr pivə də idxal edib.

Bu da ötən ilin eyni göstəricisindən 20 679 litr və yaxud 11,6 % azdır.