330x110
 

Helsinkidən Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb

21.06.2021,17:16


21 iyun, Fineko/abc.az. Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.

“ADY Konteyner” MMC-dən ABC.AZ-a daxil olan məlumata görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı “RJD Logistika” AC, “ADY Konteyner” MMC və “Tarkib Trans Co.”-nun birgə operatorluğu ilə,  müvafiq olaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq.