Neft bahalaşır, “Brent”in bir bareli $75,09 təşkil edir

10:19 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri artan tələbat səbəbindən çərşənbə axşamı ticarətdə artmaqda davam edir. İki il ərzində ilk dəfə olaraq Brent bir barelə 75 dollardan yuxarı ticarət edilir, çünki ehtimal var ki,  neft bazarında təklif artmaqda olan tələbatı təmin edə bilməyəcək.

Bank of America ekspertlərinin proqnozlarına görə, turizmin bərpası gələn il Brentin qiymətinin bir barelə $100 səviyyəsinə qalxmasına səbəb ola bilər.

Saat 9:40-da London ICE Futures birjasında baş tutmuş hərracda Brentin avqust fyuçersi $0,19 (0,25%), bir barelə $75,09 qədər yüksəldi. İyunun 21 – də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersi $1,39 (0,59%) - barel başına $74,90-a qədər artıb.

Saat 9:40-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersinin qiyməti $0,10 (0,14%) - barel başına $73,56-a düşüb. WTI-nin iyul fyuçerslərinin qüvvədə olma müddəti çərşənbə axşamı günü bitəcək, bazar ertəsi günü ticarətin sonunda bu müqavilələrin dəyəri $2,02 (2,82%) - barel başına $73,66-a yüksəldi. İyunun 21-də hərracın nəticələrinə görə, avqust ayı üçün WTI-nin fyuçers qiyməti hər barelə $0,04 (0,05%) $73,16-a qədər artıb.

 

Bütün xəbərlər