COVİD 19 pasportu olmayanlar işləyə bilməyəcək - Detallar

11:06 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Azərbaycanda iş və xidmət sahələri işçilərindən 2021-ci il 1 avqust tarixindən etibarən COVID-19 pasportunun olması tələb olunacaq.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarında öz əksini tapıb.

Dəyişikliyə görə, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur.

 

Bütün xəbərlər