Dünya Bankı Azərbaycana kredit ayıracaq

12:34 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Dünya Bankı (DB) yaxın 2-3 ay ərzində Azərbaycana koronavirus pandemiyası ilə mübarizə üçün 95 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Bakı nümayəndəliyinin rəhbəri Sara Maykl bildirib.

“Hazırda biz Azərbaycan hökuməti ilə koronavirus infeksiyasına qarşı mübarizədə ölkə hakimiyyətinə dəstək məqsədilə layihənin (“COVID-19-a təcili reaksiya”) həyata keçirilməsini müzakirə edirik. DB layihənin reallaşdırılması üçün $95 milyon məbləğində kredit ayırmağı planlaşdırır”, - deyə Maykl jurnalistlərə bildirib.

 

Bütün xəbərlər