Valyuta hərracında banklar 61,9 milyon dollar əldə etdilər

12:48 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 22-də baş tutmuş valyuta hərracında banklara $61,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $61,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər