Prezident onu vəzifəsindən azad etdi - Sərəncam

14:32 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı Slavyan Universitetinin rektorunun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, N. Əliyeva 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi.

 

Bütün xəbərlər