13 il stajı olanlar dövlət qulluqçusu kimi pensiya ala biləcək - Təklif

14:45 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur.

ABC.AZ xəbər verir ki, bu barədə “Əmək pensiyaları haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara  təklif edilən dəyişikliklərdə bildirilir.

Belə ki, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Bütün xəbərlər