Gürcüstanda çörək bahalaşacaq - Səbəb

15:07 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Gürcüstanda çörəyin qiymətində 5-7 tetri artım gözlənilir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Çörək məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib.

Onun sözlərinə görə, hökumətin 6 aylıq subsidiya proqramı bu ayın sonunda başa çatır və artıq sahibkarlar qiymətlər barədə qərarı özləri qəbul edəcəklər.

M.Dolidze qeyd edib ki, dünya bazarlarında və Gürcüstanda unun qiyməti aşağı düşüb: “Hesab edirəm ki, subsidiyanın ləğvi barədə qərar düzgündür. Belə ki, subsidiya yardımdır və sistematik hal ala bilməz”.

Qeyd edək ki, Gürcüstanda zavodda istehsal olunan çörəyin qiyməti çəkisindən asılı olaraq 60 tetri - 1 lari təşkil edir.

 

Bütün xəbərlər