Şuşa Dövlət Qoruğu İdarəsi yaradılıb - Böyük nizamnamə kapitalı var

15:36 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, fərmana əsasən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Müəyyən edilib ki, idarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalır, İdarənin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir, İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən - sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti yaradılır.

 

Bütün xəbərlər