“Bakı Bildirçin”də nöqsanlar aşkarlanıb

16:33 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən Rəhmanov Aqil Arif oğluna məxsus “Bakı Bildirçin” MMC-nin bildirçin kəsimi və yetişdirilməsi sahəsinə baxış keçirib.

AQTA-dan ABC.AZ-a verilən məlumata görə, yoxlama zamanı quşçuluq təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub.

Belə ki, sexdə hisə verilmə prosesinin antisanitar şəraitdə, kustar üsullarla hazırlanmış avadanlıqlarda ağac yonqarları vasitəsilə həyata keçirildiyi məlum olub.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, müəssisə rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

 

Bütün xəbərlər