Bakının 10 faizi yaşıllıq olacaq - Anons edildi

16:42 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Bakı şəhərində ən böyük problemlərindən biri Baş Planın yenidən hazırlanmasına təkan verən demoqrafik artımdır.

ABC.AZ-ın məlumatına görə, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, əhalinin artımı şəhərsalmanın inkişafı ilə yanaşı, nəqliyyat vasitələrinə tələbatın artması və yaşıllıqların istismarına səbəb olur:

“Bakı şəhərinin Baş planında əsas məsələlərdən biri də yaşıllıq normalarına nail olmaqdır. Baş planda Bakıda yaşıllıq zonalarının şəhərin 10 faizinə qədər olması nəzərdə tutulur”.

 

Bütün xəbərlər