Yoluxanların sayı açıqlandı - Ölən yoxdur

16:58 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Azərbaycanda bir sutka ərzində koronavirusa yoluxma ilə bağlı 47 hal aşkar edilib. Dünən 28 yoluxma halı qeydə alınmışdı.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında əməliyyat Qərargahının məlumatına əsasən, bu günə qədər Azərbaycanda 335 568 yoluxma halı aşkarlanıb.

Sutka ərzində 111 nəfər sağalıb. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 329 710 nəfə təşkil edir.

Koronavirusdan sutka ərzində ölüm qeydə alınmayıb, Azərbaycanda COVİD-19 qurbanlarının ümumi sayı isə 4963 olub.

Bütün xəbərlər