Milyonçuların sayı artıb - 5 milyonu keçib

10:17 - 23.06.2021


23 iyun, Fineko/abc.az. İsveçrənin Credit Suisse bankı “Qlobal Sərvət Hesabatı 2020” adlı araşdırmasının yenilənmiş versiyasını dərc edib.

ABC.AZ xəbər verir ki, hesabatda milyonçuların sayı və sərvəti açıqlanıb.

Hesabata əsasən, təkcə ötən il dünyada yeni milyonçuların sayı 5,2 milyon nəfər olmaqla, bütövlükdə 1 milyon dollardan artıq sərvətə malik şəxslərin sayı 56 milyon nəfəri keçib.

Onların toplam sərvəti 173 trilyon dollardan artıqdır. Hazırda dünyada var-dövləti 100 min dollarla 1 milyon dollar arasında olan şəxslərin sayı isə 590 milyon nəfərdir və onların sərvətinin dəyəri 162 trilyon dollara yaxındır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər