Zəngəzur dəhlizinin hansı faydaları olacaq? - Vüqar Bayramovdan maraqlı şərh

10:57 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region ölkələrinə yeni iqtisadi imkanlar yaradacaq.

Bunu ABC.AZ-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, xüsusən də nəzərə alsaq ki, Zəngəzur dəhlizindən Rusiya, İran, o cümlədən qardaş Türkiyə istifadə edəcək, onda dəhlizin region üçün faydası daha da çox ortaya çıxır.

"Çünki nəticə etibarı ilə dəhliz imkan verəcək ki, Rusiya öz mallarını bu dəhliz vasitəsi ilə sözügedən regiona daşısın. Dəhliz Rusiya üçün iqtisadi baxımdan sərfəlidir. Digər tərəfdən isə İranın Zəngəzur dəhlizindən daha effektli şəkildə istifadə etməsi, təbii ki, qardaş Türkiyənin öz məhsullarını Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycana, Mərkəzi Asiya və bütövlükdə Asiya ölkələrinə ixrac edəcəyi gözlənilir. Bu baxımdan dəhliz region ölkələri üçün də faydalıdır. Digər tərəfdən dəhliz regionda dayanıqlı sülhün formalaşmasına imkan verəcək. Çünki regionda uzun müddətli sülhün əldə edilməsi üçün kommunikasiyaların bərpası çox vacibdir. Kommuniksiyaların bərpasında da həlledici məqam məhz Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. İqtisadi əməkdaşlığı gücləndirməklə yanaşı Zəngəzur dəhlizi həm də regionda davamlı sülhün formalaşmasına, Cənubi Qafqazın növbəti dövrlərdə iqtisadi inkişafa zəminin yaranmasına gətirib çıxaracaq" deyə deputat qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər