Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv etdi

11:18 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə Mustafayev Hamlet Cəmil oğluna sığorta agenti fəaliyyətinə verilmiş 20 sentyabr 2012-ci il tarixli 000754 nömrəli lisenziya ləğv edilib.

ABC.AZ xəbər verir ki, agentin lkienziyası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv edilib.

 

Bütün xəbərlər