Problemli kreditlər artıb - 893 milyon manatdan 921 milyona çatıb

12:23 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Bu ilin ilk 4 ayında bankların həm kredit qoyuluşları, həm də problemli kreditlərinin həcmi artıb.

Belə ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra bilib.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, ötən ilin sonunda 893 milyon manat problemli kreditləri olan banklar artıq 921 milyon manat geri qaytarılmayan kreditlərə sahibdirlər:

“Bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə eyni nisbətdə artıb. Hər iki göstəricidə 3.1 % artım qeydə alınıb. Kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3.1 faiz artması arzuolunan hal deyil”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər