Manat üzrə depozit dividentləri də azalıb - Millət vəkili

12:29 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov problemli kreditlərin artması ilə bağlı sosial şəbəkədə paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, millət vəkili problemli kreditlərin həcminin artmasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb:

“Eyni zamanda, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar. Manat üzrə depozit dividentləri də azalıb. Depozit dividentlərinin düşməsinə baxmayaraq, kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

 

Bütün xəbərlər