Hacıqabulun kəndlərində yeni su təchizatı sistemləri yaradılır

16:37 - 23.06.2021


23 iyun, Fineko/abc.az. “Azərsu” ASC Hacıqabul rayonunun Qızılburun və Qarasu kəndlərində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradır.

Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə Hacıqabul rayonunun Qızılburun kəndinin mövcud su təchizatı sisteminin yenidən qurulması məqsədi ilə Kür-Bakı su kəmərindən 3 km magistral su xətti çəkilib, 13 km kənddaxili paylayıcı şəbəkə qurulub və 250-dək ünvana birləşmə verilib. Növbəti mərhələdə hər abunəçi sayğacla təmin olunacaq.

Qarasu kəndində isə 3 km magistral su kəməri, 27 km payılayıcı su şəbəkələrinin tikintisi planlaşdırılıb. Yeni yaradılan şəbəkədən 470 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Bu layihələr hesabına 4 mindən çox  sakini dayanıqlı içməli su ilə təmin olunacaq.

 

Bütün xəbərlər